BDU-da keçirilən konfransın materialları “Thomson Reuters” agentliyinin bazasında indekslənməyə qəbul olunubBDU-da keçirilən konfransın materialları “Thomson Reuters” agentliyinin bazasında indekslənməyə qəbul olunub

BDU-da keçirilən konfransın materialları “Thomson Reuters” agentliyinin bazasında indekslənməyə qəbul olunubBDU-da keçirilən konfransın materialları “Thomson Reuters” agentliyinin bazasında indekslənməyə qəbul olunub Bakı Dövlət Universitetinin Fizika fakültəsində keçirilən “Fizikaya müasir baxış” adlı beynəlxalq konfransa (20-22 aprel, 2017) təqdim olunan məqalələrdən 50-si Respublika elmində ilk dəfə olaraq “Thomson Reuters” agentliyində indekslənən Amerika Fizika İnstitutu konfrans materialları ( American İnstitute of Physics (AİP) confrance series) şəklində çapa qəbul olunub.
Bundan əlavə, adıçəkilən konfransın materiallarının 10-u Rusiyanın, ABŞ AIP tərəfindən ingilis dilinə tərcümə olunaraq Tomson-Reyters Agentliyində indekslənən, “Russian Journal of Physics“ adı ilə dərc olunan, “Извeстия Вузов.Физика” jurnalında, 6-sı Tbilisi Dövlət Universitetinin Yüksək Enerjilər Fizikası İnstitutunun dərci olanGESC (“Georgian Electronic Scientific Journal of Physics”) jurnalında, 10-dan çoxu isə “BDU-nun xəbərləri” jurnalında dərc olunub. Bundan əlavə, Moskva Dövlət Universitetinin Fizika fakültəsinin “Ученые записки физического факультета МГУ” jurnalının bir nömrəsi seçilmiş 10 konfrans materialınındərcinə həsr olunub. Qeyd edək ki, 20-22 apreldə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən “Fizikaya müasir baxış” adlı beynəlxalq konfransa 15-dən çox ölkənin (ABŞ, Kanada, Braziliya, Almaniya, Yaponiya Rusiya, Pakistan, Gürcüstan, Polşa Türkiyə, Monteneqro, Makedoniyavə. b) alimlərinin məruzəsinin əyani və onlayn təqdimatı həyata keçirilib, fizikanın müxtəlif sahələri üzrə Azərbaycan, rus və ingilis dilində 130-dan çox məruzələr dinlənilib.
Ümumiyyətlə, bu səpgili beynəlxalq konfransların təşkili, onların “Thomson Reuters” agentliyi kimi nüfuzlu bir sistemdə indekslənməsi və çapaqəbul edilməsi Azərbaycanın xarici ölkələrlə elmi əlaqələrinin güclənməsinə, gənc alimlərin dünyanın aparıcı elmi mərkəzlərinə dəvət olunaraq təcrübə qazanmalarına, Azərbaycan elminin nüfuzunun beynəlxalq aləmdə artmasına səbəb olur.

Hüseyn Şərifov

Oxşar xəbərlər