Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimlər iştirak ediblər.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov seminarı giriş sözü ilə açaraq bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi vacib vəzifələrdən biri kimi qarşıya qoyulub. ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi haqqında” müvafiq əmr imzalayıb. Seminarın keçirilməsində məqsəd təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi sahəsində qarşımızda duran vəzifələrin müəyyən edilməsi, fikir və təkliflərin irəli sürülməsidir. Müasir dövrümüzdə yalnız elmi-nəzəri biliklərlə kifayətlənmək məqsədəuyğun hesab edilmir. Praktikaya xidmət edən biliklərə olan ehtiyac özünü kəskin şəkildə büruzə verir. Akademik tədqiqatlar praktikaya yönəlməli, real müsbət nəticələr verməlidir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək seminarın keçirilməsini müsbət qiymətləndirib və belə seminarların bütün fakültələrdə keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, belə seminarlar təhsilin keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. ADPU-nun professor-müəllim heyəti təhsil sənədlərinin, o cümlədən pedaqoji təhsilin standartlarının müasir tələblərə uyğun hazırlanmasında fəal iştirak etməlidir. Eyni zamanda ADPU-da bu sahədə tanınmış və nüfuzlu alim-mütəxəssislər və dərslik müəllifləri ilə mütəmadi olaraq görüşlər keçirilməli, müzakirələr aparılmalıdır. ADPU bu sahədə əsas rol oynamalıdır. Biz ixtisas-peşə səriştələrinin formalaşmasına istiqamətlənmiş və praktik müəllim hazırlığını təmin edən fənlərin orta ümumitəhsil məktəbinin məzmununda aparılan dəyişikliklərlə əlaqələndirilməsini özündə əks etdirən fənn kurikulumları hazırlamalı, məzmunun yenilənməsini, pedaqoji təhsilin təkmilləşdirilməsi üzrə bütün elmi nailiyyətləri özündə cəmləşdirən səmərəli fənn proqramlarının hazırlanmasını təmin etməliyik. Bu, qarşımıza qoyduğumuz böyük hədəflərə çatmaq və ölkəmizdə insan kapitalının formalaşmasına öz töhfələrimizi vermək üçün xüsusi önəm kəsb edir. Rektor çıxışının sonunda seminar iştirakçılarına uğurlar arzulayıb.
Seminarda iştirak edən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov yeni təhsil sistemi, yeni təlim texnologiyaları, standartlar və kurikulumlar, fəndaxili inteqrasiya, fənlərarası inteqrasiya, ali və ümumi təhsil sahəsində dərsliklərin elmi-metodiki baxımından təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib.
Seminarda maraqlı və səmərəli fikir mübadiləsi aparılıb və bu mövzuda seminarların ardıcıl keçirilməsi qərara alınıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi