
F.Quliyev məlumat verdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi.Ermənistanın törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi hələ də beynəlxalq siyasi-hüquqi qiymət verilməyib. Tədbirdə universitetin Mühasibat uçotu və sənayenin təşkili fakültəsinin dekanı Nizami Qafarov, Ekspertiza və əmtəəşünaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, Marketinq və menecment fakültəsinin I kurs tələbələri Eltac Məmmədov, Rza Mirzəzadə və Ekspertiza və texnologiya fakültəsinin tələbəsi Kənan Dadaşov çıxış edərək bildirdilər ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Vurğulandı ki, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni terrorçularının xalqımızın başına gətirdikləri məkrli əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılır, bu faciənin layiqli hüquqi qiymətini tapması məqsədilə böyük işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətinin faciə ilə bağlı məlumatlandırılmasında mühüm əhəmiyyət kəsb edir.
Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Xocalı qətliamı" adlı film nümayiş olundu.
AKU-nun Mətbuat Xidməti


