Azərbaycan üzgüçülərindən ilk medal - QIZIL

Azərbaycan üzgüçülərindən ilk medal - QIZIL Azərbaycan üzgüçüsü Maksim Şembyarov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Təhsil-press.az-ın məlumatına görə, təmsilçimiz 1500 m məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini geridə qoyub.
Onun finaldakı vaxtı 15:07,29 olub. Gümüş medal indoneziyalı Aflah Pravira, bürünc medal isə türk üzgüçü Ediz İldırımeruya qismət olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər