BSU-da bayram şənliyi

BSU-da bayram şənliyi Bu gün Bakı Slavyan Universitetində Novruz bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Tədbirdə prorektorlar, fakültə dekanları, müəllim və tələbələr iştirak ediblər.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı Nuridə Novruzova, BSU-nun dosenti İbrahimpaşa Babayev müəllim və tələbələri bayram münasibəti ilə təbrik edib, onlara can sağlığı, uzun ömür diləyib. Novruz bayramının tarixindən danışan çıxışçılar bildiriblər ki, ulu əcdadlarımızdan qalan bu milli bayram Azərbaycanın bütün regionlarında təntənə ilə qeyd olunur.
Sonra bayram tədbiri Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı ilə davam edib. Tələbələr tonqaldan hoppanıb, yumurta döyüşdürüblər.

BSU-nun Mətbuat Xidməti


BSU-da bayram şənliyi

BSU-da bayram şənliyi

BSU-da bayram şənliyi

Oxşar xəbərlər