SDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qalibləri mükafatlandırıldı

SDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qalibləri mükafatlandırıldı Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblilərinin IX-XI sinif şagirdləri üçün ilk dəfə olaraq ingilis, rus, alman fənni üzrə “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.
Universitetin rektoru, professor Elxan Hüseynov olimpiadada qalib olmuş şagirdləri, onların üzərində əməyi olan müəllimləri və valideyinlərini təbrik etdi. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, konfranslar, olimpiadalar təşkil olunur. Rektor ulu öndər Heydər Əliyevin elm və təhsilə daim böyük önəm verdiyini, Ümummilli Liderin ideyalarının Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı. Rektor onu da diqqətə çatdırdı ki, universitetimizin maddi-texniki bazası möhkəmləndirilərək ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. Şəhərimizin, eləcə də regionun elmi-mədəni elitasının formalaşmasını təmin edən Sumqayıt Dövlət Universitetində kadr potensialının inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir. Beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaqla mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Universitetimiz dünyanın bir çox aparıcı elm ocaqları ilə sıx əməkdaşlıq edir, tələbə-müəllim mübadiləsi aparır, ikili diplomların verilməsi istiqamətində də mühüm uğurlara imza atır.Bu gün universitetimizdə olimpiadaların təşkil edilməsində məqsəd universitet-məktəblər arasındakı əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində təşkil olunan fənn olimpiadalarında iştirakçılarının sayı ildən - ilə çoxalır, əlaqələr uğurla inkişaf edir. Bu da şagirdlərin hərtərəfli, mükəmməl biliyə yiyələnməyinə xidmət edir.
Olimpiadanın qalibləri Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyəri ilə təltif olundular.
Qeyd edək ki, universitetimizdə ilk dəfə olaraq xarici dildən keçirilən fənn olimpiadası 2 (iki) mərhələdən ibarət idi. Bilik yarışında Azərbaycan və Rus bölməsindən 240 şagird arasında 57 nəfər ikinci tura vəsiqə qazanmışdı.
Olimpiadada qalib olan 13 şagird isə Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular.
Sonda Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova və valideynlər olimpiadanın təşkilində yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürlərini bildirdilər.

SDU-nun Mətbuat Xidməti


SDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qalibləri mükafatlandırıldıSDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qalibləri mükafatlandırıldı

Oxşar xəbərlər