BMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Bakı Mühəndislik Universitetində Azərbaycan Respubilkasının görkəmli alimi, yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri ilə yanaşı BDU-nun professoru Abdulla Abbasov, professor Qəzənfər Paşayev və AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, professor Şirindil Alışanov iştirak edib.
Yubiley tədbirini giriş sözü ilə universitetin rektoru, professor Havar Məmmədov açaraq MirCəlal Paşayevin həyat və yaradıcılığından danışıb. Bildirib ki, MirCəlal Paşayev dəyərli alim, görkəmli yazıçı və pedaqoq olması ilə yanaşı yüksək insani keyfiyyətlərə malik bir ziyalı olub. Onun yazdığı əsərlər hər dövrdə sevilərək oxunur. Rektor yubiley tədbirlərinin ölkəmizdə və ölkəmizdən kənarda qeyd olunmasını xalqımızın Azərbaycan ədəbiyyatına və ziyalısına verdiyi yüksək dəyər kimi qiymətləndirib.
Rektorun çıxışından sonra tədbir iştirakçıları görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film izləyiblər.
Filmdən sonra çıxış edən ölkəmizin dəyərli ziyalıları BDU-nun professoru Abdulla Abbasov, professor Qəzənfər Paşayev və professor Şirindil Alışanov MirCəlal Paşayevin əslində nəzərdə tutulan yazıçı, alim və müəllim kimi zirvələrin fatehi deyil, eyni zamanda təşkilatçı, ziyalı, xeyirxahlıq və s. kimi zirvələrin də fatehidir. Çıxış edən natiqlər onun tələbələri və iş yoldaşları kimi MirCəlal Paşayev haqqında xoş xatirələrini danışıblar. Qeyd ediblər ki, MirCəlal Paşayev dilimizin inkişafında müstəsna xidmətləri olmuşdur. Onun əsərlərində dilimizin yığcamlığı və orijinallığı aydın şəkildə görünür.
Universitetin tələbə-teatr studiyasının üzvlərinin ifasında MirCəlal Paşayevin əsərlərindən nümunələr tədbirə rəng qatıb.

BMU-nun Mətbuat Xidməti


BMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilibBMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilibBMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilibBMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilibBMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilibBMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilibBMU-da professor MirCəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər