İsti hava “Zeytunluq”da yanğına səbəb oldu

İsti hava “Zeytunluq”da yanğına səbəb oldu Xətai rayonunun Günəşli qəsəbəsindən Zığ yolu istiqamətində ərazidə yanğın baş verib.
Yanğın "Zeytunluq" deyilən sahədə olub. Xətai rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlamasında yanğının istilər səbəbindən baş verdiyini və hazırda söndürüldüyünü deyib:
"Yanğın artıq söndürülüb. Ağaclara heç bir ziyan dəyməyib. Ərazinin ot hissəsi yanıb. Yanğın qəsdən törədilməyib. İsti hava səbəbindən quru otların yanması səbəbindən baş verib. Təxminən 80-85 kvadratmetr ərazi yanıb".

Tehsil-press.az



Oxşar xəbərlər