8 yaşlı uşaq universitetdə oxuyacaq - Qeyri-adi istedad

8 yaşlı uşaq universitetdə oxuyacaq - Qeyri-adi istedad Belçikada Loren Simons adlı 8 yaşlı uşağı universitetdə oxuyacaq.
6 illik təhsilin ilk pilləsini cəmi 1,5 ildə bitirən uşaq xüsusi testlərdən keçirilib.
IQ səviyyəsinin 145 olduğu müəyyənləşdirilən Simonsun bilik və bacarığının universitetdə oxuması üçün kifayət etdiyi bildirilib.
Ən sevdiyi dərsin riyaziyyat olduğunu deyən Simons, bir müddət öncə həkim və ya kosmonavt olmaq istəyib. İndi isə kompüter mühəndisliyi sahəsindəki ixtisaslara daha çox meyl göstərməyə başlayıb.
Onun hansı universitetedə təhsil alacağı hələlik məlum deyil.

8 yaşlı uşaq universitetdə oxuyacaq - Qeyri-adi istedad

Tehsil-press.az

Oxşar xəbərlər