UNEC-də abituriyentlərin qeydiyyatı aparılır

UNEC-də abituriyentlərin qeydiyyatı aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) avqustun 16-dan abituriyentlərin qeydiyyatı başlanıb.
Qeydiyyatın birinci mərhələsi avqustun 28-dək davam edəcək. Boş qalan yerlərə qəbul olunan abituriyentlərin qeydiyyatı isə avqustun 24-dən sentyabrın 3-dək aparılacaq.
Abituriyentlərin universitetdə qeydiyyatı onların iştirakı olmadan aparılmır.
Qeydiyyatın aparılması UNEC-in ikinci tədris binasında (Həsən Əliyev, 135, Gənclik və Nəriman Nərimanov metrostansiyalarının yaxınlığında) təşkil olunur.

Mətbuat Xidməti

Oxşar xəbərlər