Bu il 18 çinli gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən məzun olub

Bu il 18 çinli gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən məzun olub 2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) müxtəlif ixtisaslar üzrə 18 çinli gənc bitirib.
ADNSU-nun əcnəbi tələbələr üzrə dekanı Yaşar Həsənov məlumat verib. Dekan bildirib ki, həmin gənclərdən 13-ü bakalavriat, beşi isə magistratura pilləsində təhsil alıb.
Qeyd edək ki, universitetdə əcnəbi tələbələrin təhsili üçün bütün lazımi şərait yaradılıb.

Mətbuat Xidməti

Oxşar xəbərlər