UNEC-in Zaqatala filialına qəbul olunan abituriyentlərin nəzərinə!

UNEC-in Zaqatala filialına qəbul olunan abituriyentlərin nəzərinə! Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialına qəbul olunan abituriyentlərin qeydiyyatı Zaqatala rayonunda aparılacaq.
Qeydiyyatın birinci mərhələsi avqustun 28-dək davam edəcək.
Boş qalan yerlərə qəbul olunan abituriyentlərin qeydiyyatı isə avqustun 24-dən sentyabrın 3-dək həyata keçiriləcək.
Abituriyentlərin universitetdə qeydiyyatı onların iştirakı olmadan aparılmır.
Qeydiyyat Zaqatala şəhəri, Əhməd Rəcəbli küçəsi, 4 ünvanında aparılacaq.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər