Zəvvarlar Məkkədə qorxulu anlar yaşadılar

Zəvvarlar Məkkədə qorxulu anlar yaşadılar Məkkədə güclü külək və şimşəklə müşayiət olunan yağışın yağması zəvvarları təşvişə salıb.
Minada fırtınaya yaxalanan zəvvarların bəziləri xəsarət alıb. Ötən gün axşam saatlarında Ərafatda zəvvarlar əvvəlcə qum fırtınası ilə üzləşiblər.
Daha sonra başlayan şiddətli yağış zəvvarlara çətin anlar yaşadıb. Ərəfatda zəvvarlar üçün qurulan çadırlarda təhlükəsizlik məqsədilə elektirik enerjisinin verilişi dayandırılıb.
Bundan əlavə, Məkkə şəhərinin mərkəzində güclü külək nəticəsində ağacların bir neçəsi aşıb. Həmçinin külək Kəbənin örtüyünü də açıb.



Tehsil-press.az

Oxşar xəbərlər