Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bakı Konqres Mərkəzində

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bakı Konqres Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)“AATP BA Cohort 2016” qrupunda oxuyan tələbələri Azərbaycan-Avstriya Proqramı (AATP) üzrə tədris edilən ”Tədbirlərin təşkili və idarəçiliyi” fənninin dinləyiciləri olublar.
Tələbə-müəllim mübadiləsi çərçivəsində bu ali məktəbə ezam olunan Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin müəllimi, professor Elizabet Hansa tədbirlərin təşkili və idarəçiliyi fənninin növbəti hissəsini Bakı Konqres Mərkəzində tədris edib. Mərkəzdə Lalə Adıgözəlova, “Fairmont Baku” otelində Nikolaos Tsitsoulis, Aytən Bağırova və Fəridə İsmayılova, “Boulevard Hotel Baku” otelində isə Fəridə Osmanova qeyd olunan fənnin yüksək səviyyədə tədrisinə xüsusi qayğı göstəriblər.
Tələbələr fənnə dair aldıqları faydalı məlumatlardan qrup işlərində səmərəli istifadə ediblər.

ATMU-nun Mətbuat Xidməti


Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bakı Konqres MərkəzindəAzərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bakı Konqres MərkəzindəAzərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bakı Konqres Mərkəzində

Oxşar xəbərlər