Azərbaycan və Tuluza universitetləri əməkdaşlıq edəcəklər

Azərbaycan və Tuluza universitetləri əməkdaşlıq edəcəklər Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Tuluza 1 Kapitol Universitetinin və Pol Sabatye adına Tuluza 3 Universitetinin prezidentləri Korin Maskala və Jan-Pyer Vinel ilə görüşüb.
Görüşdə təhsil sahəsində əməkdaşlıqdan söhbət açılıb. Səfir Bakıda fəaliyyət göstərən Bakı Fransız Liseyi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. UFAZ-ın fransız universitetləri ilə əməkdaşlığından danışıb.
Tuluza universitetlərinin prezidentləri Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması ilə bağlı müzakirələr aparılıb.

Kəmalə Rəhimli


Oxşar xəbərlər