Bakı Ali Neft Məktəbində Halliburton günü keçirildi

Bakı Ali Neft Məktəbində Halliburton günü keçirildi Bakı Ali Neft Məktəbində (BANM) Amerikanın transmilli şirkəti "Halliburton"un Azərbaycandakı nümayəndəliyinin İnsan resursları departamentinin rəhbəri Vüsalə Əkbərova və onun rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib. Görüş BANM-ın yuxarı kurs tələbələri üçün təşkil edilib.
Görüşdə iştirak edən BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin "Halliburton" şirkətilə əməkdaşlığından olduqca razı olduğunu və BANM-ın ötən ilki məzunlarından 3 nəfərin bu şirkətdə çalışdığını bildirib.
Halliburton şirkətinin BANM-ın məzunlarından bir mühəndis olaraq olduqca razı qaldığını bildirən şirkətin İnsan resursları departamentinin rəisi Vüsalə Əkbərova, Ali Məktəbin rektoruna təşkil olunmuş görüş üçün təşəkkür edib. Daha sonra V.Əkbərova "Halliburton" şirkətinin tarixi, məqsədi və təhlükəsizlik prinsiplərindən, İnsan resursları departamentinin məsul əməkdaşı Əfşan Mehdiyeva isə tələbələrə CV-nin necə yazılması, intervyunun növləri, karyera qərarlarını necə vermək haqqında təqdimat edib. Maraqlı təqdimat boyunca tələbələr V.Əkbərova və Ə.Mehdiyevaya çoxlu suallar ünvanlayıblar.
Daha sonra Halliburton şirkətinin tamamlama mühəndisləri Ramilə Abbasova və BANM-ın məzunu Fəhmin Hüsüzadə "Hallibutron" şirkəti haqqında öz təəssüratlarını tələbələrlə paylaşıb və gördükləri işlər haqqında prezentasiya ilə çıxış ediblər.
Tələbələrlə görüşdə həmçinin BANM-ın ilk məzunlarından olan və hazırda Halliburton şirkətində mühəndis olaraq çalışan Ceyhun Fərəcli, şirkətdə xidmət sahəsi üzrə qrupun rəhbəri Sadiq Hüseynov və Sementləşmə departamentinin texniki mütəxəssisi Fərid İsazadə tələbələr qarşısında təqdimatla çıxış ediblər.
Tədbirdə rektor Elmar Qasımov BANM-ın tələbələrinin peşəkar inkişafına və karyeralarında verdiyi dəstəyə görə Halliburtonun Azərbaycandakı nümayəndəliyinin İnsan resursları departamentinin rəhbəri Vüsalə Əkbərovaya “Ali Məktəbin Fəxri qonağı” plaketini təqdim edib və ona gözəl təqdimat, eləcə də BANM-ın tələbələrinə olan marağı üçün təşəkkür edib.
Ali Məktəbə böyük maraq göstərən qonaqlar həmçinin BANM-ın kampusunu gəzərək, laboratoriyalar, idman kompleksi, tədris mərkəzləri ilə tanış olublar.

BANM-ın Mətbuat Xidməti


Bakı Ali Neft Məktəbində Halliburton günü keçirildi

Oxşar xəbərlər