Ədəbi-bədii kompozisiya: Bayrağınla məsud yaşa

Ədəbi-bədii kompozisiya: Bayrağınla məsud yaşa Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayrağınla məsud yaşa” ədəbi-bədii kompozisiyası nümayiş olunub.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova 9 noyabr tarixini dövlətimiz üçün möhtəşəm bir hadisə kimi qiymətləndirib. O, Dövlət bayrağımızın şanlı tarixindən danışıb.
Daha sonra incəsənət fakültəsinin dekanı, dosent Aygül Hüseynova bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib.
Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov Dövlət Bayrağı Günü münasibətilə tələbə və müəllim heyətini təbrik edib, Azərbaycan dövlətçiliyinin böyük mirası olan üçrəngli bayrağın yaranma tarixi haqqında arxiv materiallarına və müasir tədqiqatlara əsaslanan maraqlı faktları diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər