Azərbaycan bayrağı nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanır

Azərbaycan bayrağı nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanır Azərbaycan Dillər Universitetində (ADU) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib.
Universitetin rektoru, akademik Kamal Abdulla Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm tarixi hadisə kimi xarakterizə edib. O deyib: “Bu gün üçrəngli bayrağımızın ilk dəfə dövlət rəmzi kimi dalğalandığı gündür. 1918-ci ildən bu günədək bayrağımız həm səmada, həm də ürəklərdə dalğalanıb. 1991-ci ildə Naxçıvan Ali Məclisi bayrağımızı ilk dəfə Sovet İttifaqında müstəqil bir dövlətin bayrağı kimi dalğalandırıb. Bu da əslində hakim rejimə qarşı bir üsyan, onun yoxluğuna imza atan bir addım idi. Ulu öndər Heydər Əliyevin bu addımı bütün Azərbaycana sirayət etdi və ölkəmiz üçrəngli bayrağını nəhayət ki, dalğalandıra bildi. Bu gün bayrağımız nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanır. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əlindən gələni əsirgəmir, xalqımız da bu yolda cəsarət və inamla addımlayır. Biz müstəqillik yolunda daha gözəl gələcəyi fəth edəcəyik”.
Tədbirin bədii hissəsində mahnı və rəqslər ifa olunub.
Əlamətdar günlə bağlı digər tədbir ADU-nun tədris binasında keçirilib.
Tədbirdə tələbələr bayrağımızın tarixi ilə bağlı geniş məlumat verib, 2015-ci ilin Aprel döyüşlərində strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyində üçrəngli bayrağımızın sancılmasından danışıblar.
Tədbirdə xalq şairləri Səməd Vurğunun “Azərbaycan”, Bəxtiyar Vahabzadənin “Bayraq” şeirləri Azərbaycan, rus, fransız və ingilis dillərində səsləndirilib, musiqili kompozisiyalar nümayiş olunub.
Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbir üçrəngli bayrağımızın zala gətirilməsi və “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan bayrağı nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanırAzərbaycan bayrağı nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanırAzərbaycan bayrağı nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanırAzərbaycan bayrağı nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanırAzərbaycan bayrağı nüfuzlu beynəlxalq tədbirlərdə dalğalanır


Oxşar xəbərlər