Bakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd olunub

Bakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd olunub Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunub.
Tədbirdə çıxış edən Bakı Xoreoqrafiya Akademiyası Kollecinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Hüseynova üçrəngli bayrağımızın dövlət rəmzi kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul olunduğunu xatırladıb. Qeyd edilib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsü ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə müvafiq Sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır.
Akademiyanın ictimai fənlər kafedrasının müəllimləri Təranə İsmayılova və Nərgiz Qürbətli Azərbaycanın 1918-ci ildən üzü bəri keçdiyi qanlı-qadalı tarixi yolu xronoloji ardıcıllıqla və tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirin bədii hissəsində Qənbər Hüseynlinin “Qaytağı” musiqi əsəri kollecin tələbələrindən ibarət ansambl tərəfindən səsləndirilib. Kollecin müəllim və tələbələri bir sıra Azərbaycan rəqslərini məharətlə ifa ediblər. Quruluşu Yelena Çernousova tərəfindən verilmiş “Sarı gəlin” caz kompozisiyasının süjet xətti rəngarəngliyi ilə diqqəti cəlb edib. Lətifə Vəlizadə, Asiman Vəlizadə, Fərid Əzizov, Rüstəm Hacıyev və baletmeyster Fərhad Vəliyev tərəfindən səhnələşdirilən “Bayraq” rəqsi, eləcə də müğənni Çingiz Mustafayevin “Vətən sağ olsun” mahnısının sədaları altında “Bayraq” rəqsi alqışlarla qarşılanıb.
Sonda BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, professor Sonaxanım xalqımıza qələbə əzmi arzulayaraq tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.

Hikmət Əliyev


Bakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd olunubBakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd olunub

Oxşar xəbərlər