AzMİU-nun Sərgi Salonunda

AzMİU-nun Sərgi Salonunda Dekabrın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda Memarlıq fakültəsinin tələbələri Mehdi Əzimzadə, Günay İsgəndərli və Muhammet Alinin yaradıcılıq sərgisi açılıb.
Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi sərgini açan fakültənin dekanı Zahidə Məmmədova istedadlı 3 memar gəncin sərgisinin universitetdə keçirilməsini yüksək qiymətləndirib, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Tələbələri təbrik edən digər natiqlər də universitetdə keçirilən sərgilərin fakültələrdə təhsil alan istedadlı gənclərinin üzə çıxarılması, ictimaiyyətə təqdim olunmasında olan əhəmiyyətinə toxunub, belə sərgilərin davamlı olmasını arzu ediblər. Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, sənətsevərlər gənc rəssamların əl işləri ilə tanış olublar.
Sərgidə 70-ə yaxın müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, qrafik işlər, maketlər yer alıb. Sərginin ən diqqət çəkən işi memar tələbə M.Əzimzadənin kibrit çöpü ilə hazırladığı məscid maketi olub. Onun 5 ay ərzində ərsəyə gətirdiyi məscid maketi azan sədaları altında elektriklə işıqlandırılıb. Maketin hazırlanmasında kibrit çöpləri ilə yanaşı karton və alüminiumdan istifadə olunub, gümbəz hissəsi isə dekorativ qaşlarla bəzədilib. Maketin yığılmasına 10 mindən çox kibrit sərf edilib. Digər diqqətçəkən iş isə Türkiyədə 15 temmuz hadisələrinə həsr olunan Şəhidlər körpüsü olub. G.İsgəndərli və M.Alinin yağlı boya və karandaşla çəkilən rəsmləri də sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Məlumat üçün qeyd edək ki, sərgi dekabrın 20-dək davam edəcək.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-nun Sərgi SalonundaAzMİU-nun Sərgi SalonundaAzMİU-nun Sərgi SalonundaAzMİU-nun Sərgi SalonundaAzMİU-nun Sərgi Salonunda

Oxşar xəbərlər