UNEC-də yeni layihəyə start verilib

UNEC-də yeni layihəyə start verilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni layihəyə start verilib.
“UNEC-dən dünyaya” adlı yeni layihənin məqsədi dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları və əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini xaricdə davam etdirən tələbələri tanıtmaqdır.
Eyni zamanda, həmin tələbələr təhsil aldıqları universitet barədə fikirlərini ictimaiyyətlə bölüşəcəklər.
Bundan əlavə, ikili diplom və mübadilə proqramlarında iştirak edən UNEC tələbələrinin müsahibələri təqdim olunacaq.

UNEC-in Mətbuat Xidməti


UNEC-də yeni layihəyə start verilib

Oxşar xəbərlər