Sumqayıtda tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızının xatirə gecəsi keçirilib

Sumqayıtda tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızının xatirə gecəsi keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Əli Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə öz qısa ömrünü bütövlükdə jurnalistikaya həsr etmiş tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızının xatirə gecəsi keçirilib.
Sumqayıt Poeziya Evində baş tutan xatirə gecəsini Poeziya Evinin direktoru İbrahim İlyaslı açaraq mərhumun keçdiyi ömür və yaradıcılıq yolundan geniş danışıb. Sonra tədbir iştirakçılarını salamlamaq üçün sözü Aytən İsmayılovaya verib. O, tədbirin araya-ərsəyə gəlməyində əməyi keçən hər kəsə ailələri adından öz minnətdarlığını bildirib. Daha sonra çıxış etmək üçün söz alan Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, şəhid anası Ceyran Axundova, tanınmış yazıçılar- Seyran Səxavət və Əyyub Qiyas Nigar İsmayılqızı ilə bağlı öz xatirələrini bölüşüb, gənc şair Elvin Əlizadə ona həsr etdiyi şeirini oxuyub. Sumqayıtlı müğənnilər – Leyla Məmmədova və İbrahim Fərzəliyev mərhumu sağlığında ən çox sevdiyi mahnılarla xatırlayıblar. Xatirə gecəsində N.İsmayılqızının "Nazimin Bakı izləri" filmi ilk dəfə nümayiş olunub.

Sumqayıt regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıtda tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızının xatirə gecəsi keçirilibSumqayıtda tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızının xatirə gecəsi keçirilibSumqayıtda tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızının xatirə gecəsi keçirilibSumqayıtda tanınmış jurnalist, yazıçı Nigar İsmayılqızının xatirə gecəsi keçirilib

Oxşar xəbərlər