
Tədbirdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov məşhur alim-mühəndis, sovet kosmonavtikasının banilərindən biri olmuş K.Kərimovun həyat və fəaliyyətindən danışıb.
Oxu Akademiyasının rəhbəri Səməd Vəkilov general-leytenantın sovet dövründə mühüm strateji sahəyə rəhbərliyindən, kosmik sahədəki əvəzsiz xidmətlərindən, onun araşdırmaları sayəsində əldə olunan elmi-texniki nəticələrin kosmik sənayedə tətbiqindən bəhs edib və alimin ömür yolunun tələbələrə örnək olduğunu vurğulayıb.
Sonra K.Kərimov haqqında videotəqdimat olub.
ADNSU-nun Mətbuat Xidməti