Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə tabe müəssisələrdə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə tabe müəssisələrdə silsilə tədbirlər keçirilib Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şanlı ömrün əfsanəsi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətlər, kitabxanaçı Sücayət Əliyeva qəhramanın şərəfli həyat yolu haqqında məlumat verib. Sonra tədbir iştirakçıları qəhrəman azərbaycanlı partizanın həyatından bəhs edən sənədli filmi izləyiblər. Sonda Leyla Mahmudova Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin keçdiyi ömür yolu, uğurlu döyüş əməliyyatlarından bəhs edən kitablar və dövrü mətbuat materiallarından ibarət sərgidən xülasə verib.
Şəhər Mədəniyyət Evi Sumqayıt şəhər Poeziya evində şair Cabir Novruzun 85 illiyi münasibətilə "Mənim ölməz şeirlərim" adlı ədəbi-bədii gecə keçirib. Əvvəlcə tədbirin aparıcıları Türkan Mahmudova və Əlipaşa Paşayev şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Tədbirdə Cabir Novruzun müxtəlif illərdə yazdığı şeirlər- "İran qadınlarına heyrət məktubu" (şairə Xatirə Fərəcli), "Gecikmiş məhəbbət" (Poeziya evinin metodisti Elvin Əlizadə), "Vətən qorudun sənindir", "Azərbaycan" (bədii qiraət dərnəyinin üzvüləri Şahanə Qurbanova, Aytən Cəfərova) şeirlərini ifa ediblər. Tədbirdə şairin sözlərinə yazılmış "Sən elə bir vaxtda rast gəldin mənə", "Məhəbbət", "Cavanlığım","Səni gördüm" mahnıları "Şəms" instrumental ansamblının (bədii rəhbər Razim Hüseynov) solistləri İlahə Nəbiqızı, Xəyalə Nəsirli, Zaur Kərimli, Kənan Quliyev, Zaur Yusiflinin ifasında maraqla dinlənilib.Tədbirə qatılan Cənubi Azərbaycandan gələn Yaqub Üsuli və xanımı çıxış edib, ürək sözlərini söyləyiblər. Sonda şairin öz səsində şeirləri dinlənilib, şairin həyat yardıcılığına həsr olunmuş kitab sərgisi nümayiş olunub.
Şəhər Mədəniyyət Evi uşaqlar üçün də yeni il qabağı tədbir keçirib. Belə ki, Şəhər Mədəniyyət Evində fealiyyət göstərən "Narbala" kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) "Dovşanın evi" adlı tamaşası ilə uşaqların görüşünə gəlib. Əvvəlcə kukla teatrının üzvləri uşaqlarla viktorina keçirib, sonra uşaqlar nağıl qəhrəmanı olan dovşanın başına gələn macəranın şahidi olublar. Tamaşa zamanı uşaqlar nağıl qəhramanları ilə dialoqa girib, dovşana tülkünün hiyləgər planını üzə çıxartmaqda kömək ediblər. Sonda valideynlər belə tamaşaların uşaqların həm asudə vaxtlarının səmərəli, mənalı keçməsində, həm də dünyagörüşlərinin formalaşmasında böyük rol oynadığını bildiriblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə tabe müəssisələrdə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə tabe müəssisələrdə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə tabe müəssisələrdə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə tabe müəssisələrdə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər