Hindi Dili və Mədəniyyəti Mərkəzi beynəlxalq seminar keçirib

Hindi Dili və Mədəniyyəti Mərkəzi beynəlxalq seminar keçirib Azərbaycan Dillər Universitetində (ADU) “Hindi dili ədəbiyyatı, mədəniyyəti və cəmiyyət” adlı beynəlxalq seminar keçirilib. Seminarda Hindi Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Saidə Mirzəyevanın dəvəti ilə Hindistanın Ədəbi–Mədəni Araşdırmalar İnstitutunun professoru Pradip Kumar, Maqadh Universitetinin hindi dili müəllimi Şirin Qureyşi, professor Sunita Çauhan və Satiş Kanojiya iştirak ediblər.
Tədbirin məqsədi Azərbaycanda hindi dilinin yayılması, Hindistan mədəniyyətinin tələbələrə tanıdılması və iki dövlət arasında dostluğun daha da möhkəmləndirilməsidir.
Professorlar müxtəlif mövzularda mühazirə oxuyublar. Eləcə də ADU-nun hindistanşünaslıq ixtisası üzrə tələbələri Rəşid Tağıyev və Tofiq Vəliyev, Mərkəzin “Sanqat klubu”nun üzvləri Rəna Əliyeva, Aida Maqsudova, Konfutsi İnstitutunun tələbəsi Hüseyn Mirzə və baş müəllimi Sevda Abuzərli mühazirələrlə çıxış ediblər.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər