“Gənc aktyorlar” dərnəyi tamaşa təqdim edib

“Gənc aktyorlar” dərnəyi tamaşa təqdim edib Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova görkəmli şair, yazıçı və dramaturq Abdulla Şaiqin “Danışan kukla” pyesini tamaşaya qoyub.
Tədbirin əvvəlində A.Şaiqin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Sonra gənc aktyorlar hazırladıqları tamaşanı nümayiş etdiriblər.
Tədbirdə Abdulla Şaiqin ev-muzeyinin direktoru və yazıçının nəvəsi Ülkər Talıbzadə, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və “ARB Günəş” televiziya kanalının əməkdaşları iştirak ediblər.

“Gənc aktyorlar” dərnəyi tamaşa təqdim edib

Tehsil-press.az

Oxşar xəbərlər