Hindistanın İndore Universitetinin professoru BDU-da təlim keçib

Hindistanın İndore Universitetinin professoru BDU-da təlim keçib Hindistanın İndore Universitetinin professoru Rita Sonavatı Bakı Dövlət Universitetinin (BDU) sosial iş kafedrasında professor-müəllim heyəti ilə görüşüb.
Görüşdə sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev qonağa kafedranın fəaliyyət istiqamətləri, uğurları, qarşıda duran vəzifələr haqqında məlumat verib.
Professor Rita Sonavatı qayğıya ehtiyacı olan uşaqlarla bağlı sosial iş mövzusunda təlim keçib. O, İndore Universitetində sosial işin tədrisi təcrübəsi, sosial işçilərin karyera perspektivləri, sosial iş ixtisasında oxuyan tələbələrin praktikasının təşkili təcrübəsi, kurrikulumun növləri, öyrətmə metodları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və digər mövzularla bağlı məlumat verib.
Sonra sosial iş sahəsində beynəlxalq layihələrdə birgə əməkdaşlıq, eyni zamanda, doktorantlara ikili rəhbərlik, İndore Universitetinin yüksək indeksli elmi jurnallarında sosial iş kafedrası əməkdaşlarının məqalələrlə çıxış etmələri və s. barədə birgə fəaliyyət məsələləri müzakirə olunub.
Qeyd edək ki, professor Rita Sonavatı mütəmadi olaraq müxtəlif milli və beynəlxalq seminarlarda iştirak edir. O, Dünya Forumu tərəfindən erkən uşaqlıq təhsili sahəsində “Qlobal lider” olaraq tanınıb.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər