“Qara Qarayev: Şərq və Qərbin vəhdəti” adlı tədbir keçirilib

“Qara Qarayev: Şərq və Qərbin vəhdəti” adlı tədbir keçirilib 05 fevral 2019-cu ildə Sabirabad Regional Mədəniyyət İdarəsində Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin doğum günü münasibəti ilə “Qara Qarayev: Şərq və Qərbin vəhdəti” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov Qara Qarayevin Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olduğunu və hələ sağlığında ikən ölkəmizin rəmzinə çevrildiyini vurğulamış, bəstəkarın milli musiqimizi klassik və müasir musiqi janrları ilə sintez etməklə unudulmaz əsərlər yaratdığını qeyd etmişdir.
Daha sonra Sabirabad rayon Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin direktoru Ceyran Xəlilova çıxış edərək Qara Qarayevin həm klassikaya arxalandığından, həm də klassik ənənələri daxilən dinamik şəkildə dəyişdirərək müasir məzmuna tabe etdiyindən söz açmış, unudulmaz bəstəkarın dünya musiqisinə “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” kimi musiqi inciləri bəxş etdiyini bildirmişdir.

Sabirabad Reginoal Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər