Sumqayıt Regional Mədəniyyət idarəsi Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin növbəti uğuru

Sumqayıt Regional Mədəniyyət idarəsi Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin növbəti uğuru Oktyabr ayında onlayn şəkildə “III Caspi Art İnternet Musik & Danse Türkey” Beynəlxalq Müsabiqə keçirilib.
Azərbaycan , Rusiya , Ukrayna , Belorusiya , Türkiyə , Qazaxıstan, Portuqaliya və digər ölkələrin iştirakçıları ilə yanaşı Sumqayıt Regional Mədəniyyət idarəsi Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin tar ixtisası üzrə IХ sinif şagirdi Baqir Babayevin də qatıldığı müsabiqədə onun ifa etdiyi əsərlər - Qara Qarayev “Vals“ ( “Yeddi gözəl” baletindən ), N.Rimski – Korsakov “Arı uçuşu“ və “Cahargah“ muğamı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Müsabiqənin yekun nəticələrinə görə Baqir Babayev I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsi Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin növbəti uğuru

Oxşar xəbərlər