Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Qara Qarayevin ev-muzeyində olub

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Qara Qarayevin ev-muzeyində olub Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi dahi bəstəkar Qara Qarayevin ev-muzeyində olub.
Muzeylə tanışlıqdan öncə, musiqi məktəbinin direktoru əməkdar müəllim İkram Manafov muzeyə kiçik xatirə hədiyyələri təqdim edib.
Muzeylə yaxından tanış olduqdan, dahi bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildikdən sonra, musiqi məktəbi şagirdlərinin arzusu ilə onların ifasında kiçik konsert proqramı təqdim olunub.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları Nuray Mehdiyeva - fortepiano (müəl: Arzu Manafova), Atlas Mehdiyeva - xanəndə (müəl: Qasım Əliyev), Bagir Babayev - tar (müəl: Mübariz Paşayev) və digərlərinin - Aysu Yəhyayeva - skripka (müəl: Esmira Mədətova), Rəvanə Baxışova - kamança (müəl: İlqar Məmmədov) Fidan Mehralıyeva - fortepiano, Vüqar Məmmədəliyev - klarnet, Səkinə Qasımova, Aytən İsayeva - xanəndə - ifalarında klassik musiqi əsərləri ilə yanaşı, muğam və xalq mahnıları da səslənib. Sonda çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbəri Alla Bayramova musiqi məktəbinin kollektivinə uğurlar arzulayaraq onları digər musiqiçilərin də ev-muzeylərində konsert proqramları ilə çıxış etməyə dəvət edib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər