Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilib Sumqayıt şəhər Q.Qarayev adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin fortepiano, violin, xalq çalğı alətləri şöbəsinin şagird və müəllimləri musiqi nümunələri ifa ediblər. Tədbirdə Ü.Hacıbəyli və onun davamçıları olan bəstəkarların da əsərləri səslənib.
Ə.Bakıxanov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə Bilik günü və Milli musiqi günü münasibətilə məktəbin direktoru Vaqif Süleymanov muellim və şagird kollektivini təbrik edib, xoş arzularını çatdırıb. Daha sonra Milli usiqimin tarixi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib, əsərləri ifa olunub.
F.Amirov adina uşaq musiqi məktəbində keçirilən tədbirdə milli musiqimizin tarixindən bəhs edilib, dahi bəstəkar U.Hacıbəyli haqqinda geniş məlumat verilib, əsərlərindən parçalar ifa edilib.
S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində “Azərbaycan musiqisi və musiqiçiləri” adlı viktorina keçirilib.Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini özündə əks etdirən sualları “Dügah”, “Humayun”, “Rast” komandalarının üzvləri böyük fəallıqla cavablandırıblar. Tədbirdə həmçinin Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında xalq musiqisindən nümunələr səslənib. Sonda Sumqayıt MKS-in Ehtiyat Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova tədbir iştirakçılarını “Musiqinin ad günü” adlı sərgi ilə tanış edib.
S.Vurğun adına Mərkəzi kitabxana S.Rüstəmov adına Uşaq incəsənət məktəbində “Milli Musiqinin bayramı” adlı səyyar sərgi təşkil edib. Sərgidə kitabxananın fondunda olan musiqiyə dair ədəbiyyatlar, disklər eyni zamanda azərbaycan və dünya ədəbiyyatını özündə əks etdirən kitablar nümayiş etdirilib. Sərgi Musiqi məktəbinin kollektivi və şagirdləri tərəfindən böyük marağla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər