
F.Əmirov adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə Şöhrət Qocayevin ifasında “Misri”havası (saz), vıı sinif şagirdi Ayan Ağazadənin ifasında Tofiq Quliyevin ”Vals” (fortepiano), Qönçə Kazımovanın ifasında “ Mahur” təsnifi və məktəbin kiçik xor kollektivinin çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
S.Vurğun adına Mərkəzi kitabxana və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində “Kitabın gənclərin həyatındakı rolu” mövzusunda diskusiya keçirilib. Tədbirdə tədbirin mahiyyəti haqqında geniş və ətraflı məlumat verilib. Sonra “Kitabın gənclərin həyatında rolu” mövzusunda müzakirə aparılıb. Kitabxana tədbirlərində fəal iştirakina, fasiləsiz oxu və mütaliə qabiliyyətinə görə fəal oxucular: Şəbnəm Rəhimova, Elvin Məmmədli, Surət Kəbirov, Günel Zeynallı təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar. Sonda “Oxumaq mədəniyyəti” mövzusunda videoçarx izlənilib.
Şuşa rayon Mədəniyyət Mərkəzi və Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində də Gənclər günü qeyd olunub.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti








