Mirzağa Əliyev adına Mədəniyyət Evində möhtəşəm Nəsimi gecəsi

Mirzağa Əliyev adına Mədəniyyət Evində möhtəşəm Nəsimi gecəsi Bu günlərdə Bakının Hövsan kəndində, Mirzağa Əliyev adına Mədəniyyət Evində böyük ideallar şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı ədəbi-bədii gecə keçirilib. Məclisin aparıcısı mədəniyyət evinin əməkdaşı, klassik ədəbiyyatımızın gözəl bilicisi, fil.ü.f.d. Vərağa Almasov olub. Respublikamızın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi möhtəşəm tədbirə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Folklor İnstitutunun alimləri, Azərbaycan Milli Konservatoriyasının pedaqoji kollektivinin nümayəndələri, Azərbaycan Yazıçılar İttifaqının üzvləri də qatılıblar. Onlar kənd ictimaiyyəti və ziyalılar qarşısında Nəsimi yaradıcılığını ayrı-ayrı istiqamətdə şərh edən müxtəlif məzmunlu məruzələrlə çıxış etmiş, şairin həyat və yaradıcılığı ilə bağlı yeni aşkarlanan faktları bölüşmüş, şairin irsindən nadir inciləri səsləndirmiş və onun əsərlərinə yazılan nəzirələri, təxmisləri oxumuşlar. Yubiley gecəsində alimlər maraqlı fikir mübadiləsi aparmışlar.
Tədbir bədii hissə ilə davam etdirilib. Mahir muğam ustası, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov və “Muğam” Televiziya müsabiqəsinin laureatı Məhəmməd Nəcəfovun ifasında səslənən Nəsimi qəzəlləri dinləyicilərin böyük marağına səbəb olub.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi


Mirzağa Əliyev adına Mədəniyyət Evində möhtəşəm Nəsimi gecəsiMirzağa Əliyev adına Mədəniyyət Evində möhtəşəm Nəsimi gecəsiMirzağa Əliyev adına Mədəniyyət Evində möhtəşəm Nəsimi gecəsi

Oxşar xəbərlər