Uşaq İncəsənət Məktəbində İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar tədbir keçirilib

Uşaq İncəsənət Məktəbində İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar tədbir keçirilib Martın 12-də Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən 4 saylı Uşaq İncəsənət Məktəbində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Xalq Artisti Rasim Balayev, Əməkdar artistlər Azad Şükürov, Elçin Həşimov, Elnur Əhmədov, Dinşünas Soltan Əlizadə, Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri Arif Buzovnalı iştirak edib.
Tədbirin əvvəlində tədbir iştirakçıları foyedə təşkil olunmuş şagirdlərin rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru tədbir iştirakçılarını salamlayaraq tədbirin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin "Nəsimi İli" elan olunması ilə əlaqədar təşkil olunduğunu bildirib. Tədbirdə çıxış edən Xalq artisti Rasim Balayev, dinşünas Soltan Əlizadə, Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov Nəsimi yaradıcılığından danışaraq şairin qəzəllərini və şerlərini səsləndiriblər.
Tədbirdə məktəbin ansanbılı tərəfindən şairin qəzəllərinə və şerlərinə yazılmış müxtəlf mahnılar səsləndirilib.
Tədbir məktəbin həyətində çərşənbə tonqalının ətrafında davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər