AzTU-nun professoru nüfuzlu Beynəlxalq elmi-texniki konfranslarda iştirak edib

AzTU-nun professoru nüfuzlu Beynəlxalq elmi-texniki konfranslarda iştirak edib “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrasının professoru, t.e.d. Bayram İbrahimov 19-21 mart 2019-cu il tarixində Moskva rabitə və informatika texniki universitetində keçirilən “Технологии Информационного Общества” və “2019 Systems of Signals Generating and Processing in the Field of on Board Communications” (IEEE Conference # 46544) adlı Beynəlxalq elmi-texniki konfranslarına dəvət olunub.
Konfransların proqramına uyğun olaraq professor B.İbrahimov “Электрические и оптические связи и систем управления” adlı bölməyə sədrlik edib.
Konfranslarda elmi məruzə ilə çıxış edən alimə sertifikatlar təqdim olunub.
Moskva Rabitə və İnformatika Texniki Universitetinin rektoru S.D.Eroxin professor B.İbrahimovu qəbul edib və onu universitetdə “Rəqəmli iqtisadiyyata” keçid ilə əlaqədar olaraq strateji “Yol xəritəsinin planı” ilə tanış edib.

AzTU-nun Mətbuat Xidməti




Oxşar xəbərlər