Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub Pakistanın İqra Milli Universitetinin rektoru Obaid-ur-Rəhmanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
BDU-nun rektoru Elçin Babayev universitetin təhsil, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələrindan danışaraq səfərin əməkdaşlıq əlaqələrinin qurulması və inkişafına təkan olacağını vurğulayıb.
Rektor Obaid-ur-Rəhman 2000-ci ildə Pakistan Mühəndislik Şurası və Ali Təhsil Komissiyası tərəfindən əsası qoyulmuş İqra Milli Universitetindəkompüter elmləri, tibb, menecment, dizayn sahələri üzrə mütəxəssis hazırlığıhaqqında məlumat verib və Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə, tələbə-müəllim mübadiləsi, birgə əməkdaşlıq kimi məsələlər müzakirə edilib.
Görüş İqra Milli Universiteti tələbələrinin BDU ilə tanışlığıyla başa çatıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 09 aprel 2019-cu il



Oxşar xəbərlər