ADNSU ilə Yüksək Texnologiyalar Parkı arasında müqavilə imzalanıb

ADNSU ilə Yüksək Texnologiyalar Parkı arasında müqavilə imzalanıb Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-nun beynəlxalq əlaqələri, tədris prosesi, ixtisasları, laboratoriyaları haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı ADNSU-nun Azərbaycanda texniki yönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu vurğulayıb. Universitetin “Eazi START” Startap və İnnovasiya Mərkəzində görülən işlərdən danışan rektor Mustafa Babanlı əsas məqsədlərdən birinin “Made in Azerbaijan” brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu qeyd edib.
Təmsil etdiyi qurum haqqında məlumat verən Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov ADNSU kimi nüfuzlu ali məktəblə əməkdaşlıq etməkdən çox şad olduğunu bildirib. Parkın fəaliyyətinin əsas istiqamətlərindən birinin ölkə üçün uğurlu biznesmen yetişdirmək olduğunu deyən N.Şükürov bağlanacaq müqavilənin hər iki tərəfə böyük fayda verəcəyinə inandığını qeyd edib.
Əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə bir sıra ortaq məsələlərin həlli yolları barədə geniş söhbət aparılıb. Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU ilə Yüksək Texnologiyalar Parkı arasında müqavilə imzalanıbADNSU ilə Yüksək Texnologiyalar Parkı arasında müqavilə imzalanıbADNSU ilə Yüksək Texnologiyalar Parkı arasında müqavilə imzalanıb

Oxşar xəbərlər