Xızıda Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbiri keçirilib

Xızıda Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbiri keçirilib Görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Sumqayıt, Abşeron, Qubadlı və Zəngilan MKS-lərin bir qrup əməkdaşı Xızı rayon Mərkəzi kitabxanasında olublar.
Əvvəlcə qonaqlara kitabxananın fəaliyyəti, keçirilən tədbirlər haqqında məlumat verilib.
Sonra Heydər Əliyev Mərkəzində “Cəfər Cabbarlı – 120” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçi Möhsün Bağırov belə bir tədbirin təqdirəlayiq olduğunu vurğulayıb, tədbirin mahiyyəti haqqında məlumat verib.
Sonra “Dramatik həyatlı böyük dramaturq Cəfər Cabbarlı”, “Cəfər Cabbarlı və Azərbaycan kino sənətimiz”, “Cəfər Cabbarlı dramaturgiyası və teatr”, “Cəfər Cabbarlı əsərlərində qadın hüquqları”, “Cəfər Cabbarlı haqqında xatirələr”, “Cabbarlı irsinin kitabxanalarda təbliği” mövzularında kitabxana əməkdaşlarının məruzələri dinlənilib.
Tədbirdən sonra Cəfər Cabbarlı və Mikayıl Müşfiqin ev muzeyləri və abidələri ziyarət edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Xızıda Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbiri keçirilibXızıda Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbiri keçirilibXızıda Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbiri keçirilibXızıda Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbiri keçirilibXızıda Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbiri keçirilib

Oxşar xəbərlər