Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi beynəlxalq festivalın diplomu ilə təltif olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi beynəlxalq festivalın diplomu ilə təltif olunub Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Novruz. Məktəb” beynəlxalq tələbə tamaşaları festivalı keçirilib. Tədbir ənənəvi “Novruz” festivalının himayəsi altında təşkil olunub. Rusiya paytaxtı və bölgələrinin, Qazaxıstanın, Macarıstanın bədii təhsil məktəblərinin iştirak etdiyi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” tamaşası ilə çıxış ediblər.
Tamaşada Röyal Allahverdiyev, Elsevər Rəhimov, Esmeralda Abdullayeva, Səmayə Ağayarova, Ələkbər Axundov, Çinarə Qurbanova, Saleh Cümşüdlü, Çinarə Səmədova, Aysel Feyziyeva, Orxan İsrafilov və Rafael Quliyev (kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru Xalq artisti, dosent Məmmədsəfa Qasımov) çıxış ediblər. Kollektiv festivalda iştirakına görə diplomla təltif olunub.
Festivalda, həmçinin teatrşünaslıq kafedrasının müəllimləri, ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov və baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova iştirak ediblər. “Novruz” festivalının əsas proqramına ekspert kimi dəvət alan İsrafil İsrafilov təşkilat komitəsinin xahişi ilə “Novruz. Məktəb” festivalında da fəal iştirak edib, öz fikirləri, irad və təklifləri ilə gənclərə dəstək olub. Teatrşünas Fəridə Cəlilova isə ədəbi materialı rus dilinə çevirib, sinxron tərcüməni həyata keçirib, ustad dərslərində həm tərcüməçi, həm də mütəxəssis kimi iştirak edib.
Teatr təhsilinə dəstək olmaq məqsədilə keçirilən festivalda tamaşaların nümayişi ilə yanaşı, bir sıra müzakirə, seminar və ustad dərsləri baş tutub. Qazaxıstanın Əməkdar incəsənət xadimi Yerlan Bilalov məxsusi olaraq, ADMİU-nun tələbələri üçün, ADMİU-nun müəllimi, Xalq artisti Məmmədsəfa Qasımov qazaxıstanlı tələbələr üçün ustad dərsi keçib.
Festivalın sonunda professor İsrafil İsrafilova və Xalq artisti Məmmədsəfa Qasımova ixtisasın təkmilləşdirilməsi haqqında şəhadətnamə təqdim edilib.

ADMİU-nun Mətbuat Xidməti


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi beynəlxalq festivalın diplomu ilə təltif olunubAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi beynəlxalq festivalın diplomu ilə təltif olunubAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi beynəlxalq festivalın diplomu ilə təltif olunubAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi beynəlxalq festivalın diplomu ilə təltif olunubAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi beynəlxalq festivalın diplomu ilə təltif olunub

Oxşar xəbərlər