Xəzər dənizinin sahil sularına ekoloji təzyiqlər müzakirə edilib

Xəzər dənizinin sahil sularına ekoloji təzyiqlər müzakirə edilib AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında İqlimşünaslıq və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərovun “Kür deltasının keçid sularına və deltadan Lənkərana qədər Xəzər dənizinin sahil sularına təzyiqlər və onların təsiri” mövzusunda məruzəsi dinlənilib.
Alim apardığı tədqiqatların nəticələri barədə məlumat verib. O qeyd edib ki, tədqiq olunan ərazidə ən gərgin ekoloji vəziyyət Kürün deltasından Qızılağac körfəzinə qədər sahil sularında müşahidə edilir və bu da əsasən müxtəlif çay, kanal və kollektorlarla dənizə axıdılan çirkləndiricilərlə əlaqədardır. Ekoloji təzyiqlərin təsirlərini daha dəqiq müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmasına ehtiyac var.

AMEA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər