Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 7-si qızıl, 3-ü gümüş medala layiq görülüb

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 7-si qızıl, 3-ü gümüş medala layiq görülüb Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseydə təhsilin inkişafı üçün əhəmiyyətli tədbirlər reallaşdırılır.
Əməkdar müəllim Mehriban Vəliyeva məlumat verib. Bildirilib ki, liseyin məzunları hər il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayırlar. 2018-2019-cu tədris ilində liseyi bitirən məzunlardan Tərlan Alşanlı, Vüsal Əlizadə, Fərhad Əzimov, Toğrul Hacızadə, Hicran Paşa-zadə, Nəzrin Məmmədova, Xaqan Məmmədli qızıl medala, Leyla Nəsibli, Əliağa Abdullayev, Fidan İbrahimova isə gümüş medala layiq görülüblər.
Ölkəmizdə təhsilə daim xüsusi önəm verildiyini deyən Mehriban Vəliyeva qeyd edib ki, bu sahədə əldə olunan nailiyyətlər sonsuz sevinc və qürur hissi doğurur.

Tehsil-press.az

Oxşar xəbərlər