ADPU-da “Gələcəyin Qurucuları -II” adlı Yay Liderlik Məktəbinin rəsmi açılış mərasimi keçirilib

ADPU-da “Gələcəyin Qurucuları -II” adlı Yay Liderlik Məktəbinin rəsmi açılış mərasimi keçirilib Avqustun 1-də Azərbaycan Dövlət Pedaqoji Universietinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında ADPU-nun Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, ADPU rəhbərliyi, LEAD Education Tədris Mərkəzi və “YURD Gənclərin İntellektual İnkişafına Dəstək” İB-in təşkilati dəstəyi ilə 01-08 avqust 2019-cu il tarixləri arasında ADPU-un Quba filialında təşkil edilən “Gələcəyin Qurucuları - II” adlı Yay Liderlik Məktəbinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, layihənin təşkilat komitəsinin sədri Sahil Qələndərov çıxış edərək bu yay məktəbinin artıq 2 ikinci dəfə ADPU TGT tərəfinfən təşkil edilidiyini, ayrıca, 2017-ci ildə də “ADPU Survivor” adlı Qafqazda ilk 12 günlük ekstremal düşərgəsinin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov tələbələrə və layihənin işinə uğurlar arzulayıb, ADPU rəhbərliyinin həmişə istedadlı tələbələrin təşəbbüslərini dəstəklədiyini xüsusi vurğulayıb.
Çıxış edən LEAD Education Tədris Mərkəzinin direktoru Fəttah Fəttayev tədris mərkəzi olaraq universitetlər və Tələbə Gənclər Təşkilatları ilə əməkdaşlığa çox önəm verdiklərini və bu sırada ADPU TGT-in məxsusi yerinin olduğunu qeyd edib.
Qeyd edək ki, bu yay liderlik məktəbi ADPU-nun 5 filialı və Bakıdakı əsas tədris binasında təhsil alan tələbələri arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayır.
Mərasimin sonunda xatirə fotosu çəkilib. Daha sonra iştirakçılar Qubaya yola salınıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər