“Çağlayan” jurnalının yeni nömrəsi çapa hazırlanır

“Çağlayan” jurnalının yeni nömrəsi çapa hazırlanır Azərbaycan Universitetinin icmal jurnalı “Çağlayan”ın növbəti nömrəsi çapa hazırlanır.
Oxucular nəşrin bu nömrəsində ali məktəbin son altı aydakı fəaliyyəti ilə tanış ola biləcəklər.
“Çağlayan” universitet həyatının müxtəlif məqamlarını əks etdirməklə yanaşı, özəl rubrika və müsahibələr də təqdim edir. Oxucuları bu nömrədə filologiya üzrə elmlər doktoru, professor Qorxmaz Quliyev ilə maraqlı müsahibə gözləyir.
“Məzunlarımız” rubrikasında Azərbaycan Universiteti məzunlarının uğur hekayələri ilə tanış olmaq mümkündür.
İldə iki dəfə nəşr olunan “Çağlayan” jurnalı Azərbaycan Universitetinin fəaliyyətinə həsr olunur. “Çağlayan” adı jurnal üçün təsadüfi seçilməyib. O, həm də Azərbaycan şairi Mikayıl Müşfiqin sonuncu, işıq üzü görməmiş kitabının adıdır. Türk dillərində “şəlalə” mənasını əks etdirən “Çağlayan”, həmçinin yeni həyatın, dirçəlişin, azadlığın, gəncliyin tükənməz enerjisinin və qaynar həyatın rəmzidir. Bununla yanaşı, “Çağlayan” jurnalı sovet dövründə repressiyaya məruz qalmış bütün elm və incəsənət xadimlərimizin əziz xatirəsinə ithaf olunur.

Mətbuat Xidməti

Oxşar xəbərlər