
Bunu Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq İnformatika Olimpiadasında suallarla bağlı hər hansı problemin ola bilməsi ehtimalı barədə danışarkən deyib.
Nazirin sözlərinə görə, olimpiadanın ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir. Onların cavablandırılması üçün iştirakçılara 5 saat vaxt veriləcək: "Avqustun 8-də müsabiqənin ikinci günü olacaq. Həmin gündə də 3 tapşırıq üçün 5 saat vaxt veriləcək. Böyük ehtimalla avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq ediləcək, avqustun 9-da nəticələr açıqlanacaq".
C.Bayramov qeyd edib ki, Azərbaycanda beynəlxalq olimpiada fənlərindən başqa digər fənlər üzrə də respublika olimpiadaları həyata keçirilir: "Azərbaycanda 8 fənn üzrə respublika olimpiadası keçirilir. Şagirdlərin olimpiadaya cəlbi, eyni zamanda istedadlı uşaqları daha erkən yaşda aşkarlamaq üçün respublika fənn olimpiadalarından əlavə, ölkədə respublika fənn müsabiqələri də keçirilir".
Tehsil-press.az