Generalları generallar əvəzlədi

Generalları generallar əvəzlədi 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvləri dəyişdirilib.
Prezident İlham Əliyev “2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamına dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla komissiyada Ramil Usubovun adı Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin adı isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ilə əvəz edilib.

Tehsil-press.az

Oxşar xəbərlər