Azərbaycan Universitetində ingilis dili üzrə yerləşdirmə testi keçirilib

Azərbaycan Universitetində ingilis dili üzrə yerləşdirmə testi keçirilib Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olan tələbələr üçün yerləşdirmə testi (Placement Test) keçirilib.
Qeydiyyatdan keçərək qəbulu rəsmiləşdirən tələbələr xarici dillər kafedrası tərəfindən hazırlanmış test üzrə imtahan veriblər.
Yerləşdirmə testi tələbənin bakalavriat pilləsində qəbul olduğu ixtisas üzrə ingilis dilində təhsil alması üçün vacib olan dil bacarıqlarına malik olub-olmadığını müəyyənləşdirmək və tələbəni dil səviyyəsinə uyğun müvafiq qruplarda yerləşdirmək məqsədilə təşkil edilir. Bu prosesdə tələbənin qəbul imtahanlarında topladığı bal əhəmiyyət kəsb etmir.
Yerləşdirmə testində olan sualların sayı yüzdür. İmtahanda tələbənin ingilis dilinin qrammatikası, söz ehtiyatı bilikləri, o cümlədən dil strukturları və zamanlardan düzgün istifadə bacarıqları qiymətləndirilir. 91 və yuxarı nəticə əldə edən tələbələr hazırlıq proqramından azad edilir və qəbul olduqları ixtisas üzrə tədris proqramına qoşulurlar.
Qeyd edək ki, Azərbaycan Universitetində tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə bir tədris ili ayrılmaqla tədris müddəti beş ildir. Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.

Mətbuat Xidməti


Azərbaycan Universitetində ingilis dili üzrə yerləşdirmə testi keçirilib

Azərbaycan Universitetində ingilis dili üzrə yerləşdirmə testi keçirilib

Oxşar xəbərlər