UNEC-in professorunun monoqrafiyası rus dilində çapdan çıxıb

UNEC-in professorunun monoqrafiyası rus dilində çapdan çıxıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment kafedrasının professoru Heydər Həsənovun “Biznes-menecmentin çağdaş tendensiyaları: komplimentarlığın və mentallığın qarşılıqlı fəaliyyəti” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada işgüzar təşkilatın fəaliyyətində komplimentarlığın və mentallığın təsiri araşdırılıb. Nəşrdə ilk dəfə komplimentarlığın sosial sistemlərdə əlaqələndirici proses olması təsdiqini tapıb və biznes-menecmentin mədəniyyətini, üslubunu müəyyənləşdirən milli xarakterin əsas çalarları üzə çıxarılıb. Bundan başqa, monoqrafiyada kommersiya təşkilatlarının biznes hədəflərinə nail olmaqda maddi amillərlə yanaşı, sosial və mədəni amillərin yeri və rolu verilib, onların müasir dövrdə şirkətin bazar kapitallaşmasına necə təsir etməsi texnologiyası elmi və praktiki cəhətdən tədqiq edilib. Monoqrafiyada, həmçinin şirkətin rəqabət qabiliyyətliliyinə, əmtəə və xidmətlərinin nüfuzuna mücərrəd, amma çox vacib olan imkanlardan: komplimentarlıq, korporativ mədəniyyət, korporativ ruh, korporativ etika və sosial məsuliyyətdən bəhs olunub.
Monoqrafiya Sankt-Peterburq Dövlət İqtisad Universitetində nəşr olunub.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər