
Əhalinin asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə keçirilən bu tədbirlərdə bu günlə ayaqlaşıb, sabaha inamla addımlayan 70 yaşlı şəhərimizin nailiyyətlərindən söhbət açılıb, abadlıq və quruculuq işləri, irimiqyaslı layihələr haqqında geniş məlumat verilib.
Daha sonra tədbirdə mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivlərinin üzvləri: müğənnilər-İbrahim Fərzəliyev, Leyla Məmmədova, Pənah Məmmədli, Əli Əzizoğlu, Ədalət Dağlı, Kamil Ağazadə, Ruslan Əkbərli, Ramin Bayramov, “Turan” Milli Rəqs qrupu, rep ifaçısı İlham Sultan və başqaları rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti

