Sumqayıtın mədəniyyət müəssisələriundə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib

Sumqayıtın mədəniyyət müəssisələriundə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə tabe müəssisələrdə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib.
Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Mərkəzinin təşkilatçılığı ilə klub müəssisələrinin "Ordum məni qoruyur" adlı birgə konsert keçirilib. Elvin Əlizadə və Amil Babayevin aparıcılığı ilə keçən tədbirdə gənc mğənnilər İbrahim Fərzəliyev, Leyla Məmmədova, Şəbnəm Faiqqızı, Pənah Məmmədli, Zaur Yusiflinin ifasında şən mahnılar səslənib, "Turan" milli rəqs qrupunun ifasında "Azərbaycan inciləri" rəqsi izlənilib.
Corat qəsəbə mədəniyyət evinin özfəaliyyət kollektivi isə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər. Konsertdə mədəniyyət evinin “karvan” instrumental ansamblının ifasında instrumental musiqilər və solist Şəbnəm faiqqızının ifasında şən mahnılar xoş ovqat yaradıb.
Nizami Gəncəvi adına Kitabxana Klubda “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi ilə birgə Azərbaycanın Milli Qəhrəmanı,şəhid Mübariz İbrahimova həsr olunmuş”Mən şəhid oldum ki,Vətən yaşasın”adlı tədbir keçirilib. Tədbirdə qəhrəmanımız haqqında geniş məlumat verilib. Sonra tarın müşayiəti ilə Mübaiz İbrahimova həsr olunmuş “Təəssüb”poemasından parçalar söylənilib. Sonda “Qarabağ silinməyən dərdimiz” başlıqlı sərgi haqqında məlumat verilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat Xidməti


Sumqayıtın mədəniyyət müəssisələriundə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib
Sumqayıtın mədəniyyət müəssisələriundə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib

Oxşar xəbərlər