ADPU-da tədbir: Bir bayraq altında birləşək

ADPU-da tədbir: Bir bayraq altında birləşək Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 9 noyabr -Dövlət Bayrağı Gününə həsr olunan “Bir bayraq altında birləşək” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev Dövlət Bayrağı Gününün təsis olunmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, müstəqil ölkənin, xalqın ən vacib rəmzlərindən biri məhz dövlət bayrağıdır. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, üçrəngli bayrağını ucaldıb. Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik.
Sonra Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixindən, onun mənasından, hansı ideyalardan qaynaqlandığından danışıb.
Tədbirdə çıxış edən baş mütəxəssis Aytən Daşdəmirova vurğulayıb ki, Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərimizdən biri dövlət bayrağıdır. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu hesab edir.
Tədbir bədii hissə ilə davam edib.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər